İrandan atılan və Türkiyənin hava məkanında məhv edilərək Adıyamanda Atatürk su anbarına düşən raketin qalıqları xüsusi qruplar tərəfindən axtarılır.
Bakupost.az xəbər verir ki, bu barədə İHA agentliyi məlumat yayıb.
Qruplar suya düşmüş raketə aid bir hissəni tapıblar. Raketə aid hissə araşdırılması üçün Jandarm Komandanlığına aparılıb. Su anbarında qalan raket parçalarının tapılması üçün işlər görülür.
Eyni zamanda qruplar bölgədəki kənd təsərrüfatı sahələri ərazisində də axtarışlar həyata keçirirlər.