Ru
23:00 / 05 Mart 2026

Azərbaycana qarşı hücumlar... - Şahbaz Şərif

Azərbaycana qarşı hücumlar... - Şahbaz Şərif
Eye

Pakistan Baş naziri Şahbaz Şərif İranın Azərbaycana qarşı son hücumları ilə bağlı narahatlığını ifadə edib.

Bakupost.az xəbər verir ki, Pakistan Baş naziri bu barədə X hesabında paylaşım edib.

Baş nazir Pakistanın qardaş Azərbaycan dövlətinə qarşı həyata keçirilən son hücumlarla bağlı ciddi narahatlıq keçirdiyini bildirib: “Pakistan Azərbaycanın rəhbərliyi və xalqı ilə həmrəy olduğunu bir daha təsdiqləyir və regionda gərginliyin daha da artmasına, sülh və sabitliyin pozulmasına səbəb ola biləcək bu cür qəbuledilməz hərəkətləri qətiyyətlə pisləyir”.

Bəyanatda tərəflərə təmkin nümayiş etdirmək çağırışı edilib və gərginliyin azaldılmasının vacibliyi vurğulanıb. Həmçinin bildirilib ki, regionda sülh və sabitliyin qorunması üçün dialoq və diplomatiya yolu ilə həll yollarının axtarılması zəruridir.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar