Ukrayna ilə əsir mübadiləsi çərçivəsində geri qayıdan Rusiya hərbçilərini daşıyan İl-76MD təyyarəsi az öncə Moskva vilayətinə enib.
Bakupost.az Musavat.com-a istinadən xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi martın 5-də Kiyevdə rejimin nəzarətində olan ərazidən 200 rusiyalı hərbçinin geri qaytarıldığını bildirib.
Bunun müqabilində 200 Ukrayna Silahlı Qüvvələrinin hərbi əsiri qarşı tərəfə təhvil verilib.
Müdafiə Nazirliyi Rusiya hərbçilərinin əsirlikdən geri qaytarılmasında Birləşmiş Ərəb Əmirlikləri və ABŞ-nin humanitar yardım göstərdiyini qeyd edib.
Əvvəlki mübadilə fevralın 5-də baş tutmuşdu.