Ru
23:18 / 05 Mart 2026

Kobaxidze Əliyevə zəng etdi, hücumu pislədi

Kobaxidze Əliyevə zəng etdi, hücumu pislədi
Eye

Martın 5-də Gürcüstanın Baş naziri İrakli Kobaxidze Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Bakupost.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidmətinin məlumatında deyilir.

İrakli Kobaxidze İran İslam Respublikasının pilotsuz uçuş aparatları ilə Azərbaycanın Naxçıvan Muxtar Respublikasına hücumunu qətiyyətlə pisləyərək, Azərbaycan dövləti və xalqı ilə həmrəy olduqlarını vurğulayıb. Gürcüstanın Baş naziri hücum nəticəsində xəsarət alanların tezliklə sağalmalarını arzulayıb.

Prezident İlham Əliyev telefon zənginə və nümayiş etdirilən mövqeyə görə İrakli Kobaxidzeyə minnətdarlığını ifadə edib.

Telefon söhbəti əsnasında Azərbaycan-Gürcüstan ikitərəfli əməkdaşlığının perspektivləri və qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparılıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar