Ru
22:44 / 05 Mart 2026

“Sizin əlinizdə kartlar yoxdur, daha da azalıb” - Tramp

“Sizin əlinizdə kartlar yoxdur, daha da azalıb” - Tramp
Eye

ABŞ Prezidenti Donald Tramp “Politico” nəşrinə verdiyi müsahibəsində Ukrayna Prezidenti Vladimir Zelenskini müharibənin dayandırılması üçün sülh danışıqlarına başlamağa çağırıb.

Bakupost.az xəbər verir ki, Ağ Ev rəhbəri Ukrayna liderinin masaya oturmaq üçün kifayət qədər istək göstərmədiyini bildirib.

Tramp Rusiya Prezidenti Vladimir Putinin razılaşma imzalamağa hazır olduğunu qeyd edərək, Zelenskiyə xəbərdarlıq edib:

“Onun maneə olması ağlasığmazdır. Sizin əlinizdə kartlarınız yoxdur, indi isə bu kartlar daha da azalıb”.

Qeyd edək ki, fevralın 17-18-də Cenevrədə Rusiya, ABŞ və Ukrayna nümayəndə heyətləri arasında intensiv danışıqlar baş tutub. Rusiya tərəfinin “çətin, lakin işgüzar” kimi qiymətləndirdiyi görüşlərdən sonra Zelenski tərəflərin atəşkəs monitorinqi mexanizmi üzrə razılığa yaxın olduğunu bəyan edib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar