Albaniyanın paytaxtı Tiranada hökumət əleyhinə keçirilən kütləvi etiraz aksiyaları artıq ikinci gündür davam edir.
"Bakupost" xarici KİV-ə istinadla xəbər verir ki, etirazçılar parlament və hökumət binalarını yandırıb, polis əməkdaşlarına daş və "Molotov kokteyli" atıblar.
Toqquşmalar zamanı 50-dən çox polis xəsarət alıb, 70-dən çox şəxs saxlanılıb.
İlkin olaraq təhsil sahəsindəki problemlərə görə tələbələrin başladığı aksiya sonradan müxalifətin də qoşulduğu genişmiqyaslı etiraz hərəkatına çevrilib.
Nümayişçilər hökuməti korrupsiyada ittiham edir və baş nazir Edi Ramanın istefasını tələb edirlər.
Yasəmən, BakuPost