Ru
17:16 / 17 Mart 2026

Alim Qasımov Kəmaləddin Heydərovun yeni bəstələrini ifa edəcək

Alim Qasımov Kəmaləddin Heydərovun yeni bəstələrini ifa edəcək
Eye

Nəğməkar şair Baba Vəziroğlu yeni mahnılar üzərində işləyir. Sözləri şairə məxsus olan mahnıların musiqisi fövqəladə hallar naziri, bəstəkar Kəmaləddin Heydərova aiddir.

Bakupost.az xəbər verir ki, Baba Vəziroğlu Qaynarinfo-ya açıqlamasında bu dəfəki layihələr Alim Qasımov ilə həyata keçiriləcəyini bildirib:

"Bu mahnılar məhz Alim Qasımov üçün yazılıb. O, mənim sözlərimə yazılmış mahnılara dəfələrlə müraciət edib. Lakin bu dəfə Kəmaləddin Heydərovun bəstəsi olan əsərləri ifa edəcək".

Şair qeyd edib ki, sözügedən mahnılar yaxın günlərdə tamaşaçıların ixtiyarına veriləcək.

Qeyd edək ki, Xalq artisti, xanəndə Alim Qasımov bundan əvvəl bəstəkar Kəmaləddin Heydərov və Baba Vəziroğluna məxsus "İlahi" layihəsini təqdim edib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar