Ru
17:59 / 17 Mart 2026

“Yüksək bal toplayanlar azad olunsun, digərləri yox” - Sertifikasiya ilə bağlı təklif

“Yüksək bal toplayanlar azad olunsun, digərləri yox” - Sertifikasiya ilə bağlı təklif
Eye

İki sertifikasiyadan sonra yalnız yüksək göstəricilərə sahib olan müəllimlər növbəti sertifikasiya prosesindən azad edilməlidir.

Bunu Bakupost.az-a açıqlamasında təhsil eksperti Elçin Əfəndi müəllimlərin sertifikasiyadan keçməsi məsələsini şərh edərkən deyib.

Həmsöhbətimizin sözlərinə görə, 31 baldan 50 bala qədər toplayan digər şəxslərin isə üç sertifikasiyadan keçməsi kifayətdir:
“Həm 31-50 və həm də 51-dən yuxarı bal toplayanlara eyni münasibətin sərgilənməsi, yəni toplanan ballara əhəmiyyət vermədən hamısını iki setrifikasiyadan sonra prosesdən azad etmək isə doğru yanaşma deyil”.

Ekspert bildirir ki, incəsənət sahəsi üzrə nəticə qazananlar da ən azından bir dəfə də olsa sertifikasiyada iştirak etməlidir: “Çünki onların nəzəri cəhətdən bilik və bacarıqlarının yerində olub-olmadığı da yoxlanılmalıdır”.

Qeyd edək ki, Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Vüqar Bayramov müəllimlərin sertifikasiyadan iki dəfə keçməsinin kifayət olduğunu bildirib. Onun fikrincə, incəsənət sektoru üzrə beynəlxalq müsabiqə qalibləri isə ümumiyyətlə sertifikatlaşmadan azad edilməlidirlər. Mövcud Əmək Məcəlləsinin 67-ci maddəsinə görə sertifikasiyadan üç dəfə keçmək tələb olunur.

Rüfət Sultan, BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar