Məşhur Rusiya müğənnisi Alla Puqaçova ilə bağlı yeni qalmaqal yaranıb.
Belə ki, primadonna Rusiyada ödənilməmiş kommunal xərclərə görə məhkəməyə verilib.
Bakupost.az xarici mətbuata istinadən xəbər verir ki, Puqaçovaya qarşı onun xaricə getməsindən bəri boş qalan Arbat küçəsindəki dəbdəbəli mənzilinin ödənilməmiş kommunal xərcləri ilə bağlı məhkəmə iddiası qaldırılıb.
Bildirilir ki, elektrik təchizatçısı cari ilin iyununda, 2023-cü ilin oktyabrından 2026-cı ilin yanvarına qədər yığılmış və ümumi borc 8722 rubl(203 manat) təşkil edən ödənilməmiş xərclərlə bağlı olaraq, məhkəməyə müraciət edib.
Qeyd edək ki, mübahisə predmeti nüfuzlu Filippovski yaşayış kompleksində yerləşən beş otaqlı, 300 kvadratmetrlik mənzildir. Hansı ki, bu mənzil yazda 391 milyon rubla (9,3 milyon manat) satışa çıxarılıb. Eyni binadakı oxşar əmlakların bazar qiyməti isə hazırda 500 milyona çatır.
Xatırladaq ki, Puqaçova və ərinin Rusiyadakı əmlaklarını itirə biləcəkləri barədə məlumatlar da yayılıb. Bu isə, xaricə köçərək, Rusiyanın maraqlarına zidd hərəkət edənlərin aktivlərinin müsadirə edilməsi ilə bağlı qanunun qüvvəyə minməsindən sonra mümkün olacaq.
Rüfət Sultan, BakuPost