Ru
19:35 / 16 Oktyabr 2025

Almaniyadan gəlib arvadını öldürən Səbuhi intihar etdi

Almaniyadan gəlib arvadını öldürən Səbuhi intihar etdi
Eye

Tovuz rayonunda 1996-cı il təvəllüdlü həyat yoldaşı Mətanət Hacızadəni öldürməkdə şübhəli bilinən 32 yaşlı Səbuhi Hacızadənin meyiti tapılıb.

Bakupost.az xəbər verir ki, onun meyiti hadisənin baş verdiyi Əyyublu kəndində ağacdan asılmış vəziyyətdə aşkarlanıb.

Qeyd edək ki, Mətanət Hacızadə ilə aralarında yaranan mübahisə zamanı S.Hacızadə qadının boğaz nahiyəsinə kəsici alətlə xəsarət yetirərək onu öldürüb. Səbuhi Hacızadə cinayətin motivi barədə sosial şəbəkədə video paylaşaraq açıqlama verib və özünü də öldürəcəyini bildirmişdi.

Cütlüyün üç övladı var. S.Hacızadənin ötən gün xaricdən Azərbaycana qayıtdığı bildirilir.



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar