Ru
11:51 / 20 Fevral 2026

Alyaska səmasında Rusiya təyyarələri göründü – Kanada və ABŞ-də həyəcan siqnalı verildi

Alyaska səmasında Rusiya təyyarələri göründü – Kanada və ABŞ-də həyəcan siqnalı verildi
Eye

ABŞ hərbçiləri Alyaska Hava Hücumundan Müdafiə İdentifikasiya Zonasında beş Rusiya hərbi təyyarəsini (2 ədəd “Tu-95” strateji bombardmançı, 2 ədəd “Su-35” qırıcı və “A-50” radar aşkarlama və nəzarət) aşkarlayıb və müşahidə altına alıblar.

Bakupost.az xəbər verir ki, bu barədə Şimali Amerika Hava-Kosmik Müdafiə Komandanlığı (NORAD) məlumat yayıb.

Rəsmi açıqlamaya görə, Rusiya aviasiyasına məxsus təyyarələri ABŞ və Kanadanın suveren hava məkanına daxil olmayıb, lakin təhlükəsizlik prosedurlarına uyğun olaraq hava hücumundan müdafiə qüvvələri tərəfindən izlənilib. Hadisə Alyaska sahillərinə yaxın, beynəlxalq hava məkanında baş verib.

NORAD bildirib ki, hadisəylə bağlı həyəcan siqnalı verilib, 9 ədəd (2 ədəd “F-16”, 2 ədəd “F-35”, 4 ədəd KC-135 yanacaqdoldurma və “E-3 AWACS” kəşfiyyat) ABŞ və Kanada döyüş təyyarələri havaya qalxıb. Komandanlıq vurğulayıb ki, bu tip uçuşlar yeni deyil və Rusiya hərbi aviasiyası tərəfindən Alyaska istiqamətində mütəmadi olaraq həyata keçirilir.

Açıqlamada qeyd olunub ki, Alyaska zonasında aşkar edilən bütün naməlum və ya hərbi təyyarələr potensial risklərin qarşısını almaq məqsədilə avtomatik olaraq izlənilir. ABŞ tərəfi vəziyyətin tam nəzarət altında olduğunu bildirib.

Qeyd edək ki, dünən ABŞ-dən Yaxın Şərqə 50 döyüş təyyarəsi göndərilib.

Cavid, BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar