Ru
20:21 / 15 Avqust 2025

Alyaskadakı görüşdə nümayəndə heyətində kimlər olacaq? - Siyahı

Alyaskadakı görüşdə nümayəndə heyətində kimlər olacaq? - Siyahı
Eye

Ağ Ev Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Trampın bu gün Alyaskadakı görüşündə danışıqlar aparacaq Amerika nümayəndə heyətinin tərkibini açıqlayıb.

Bakupost.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Agentliyin məlumatına görə, Amerika tərəfini görüşdə ABŞ dövlət katibi Marko Rubio, Pentaqonun rəhbəri Pit Heqset, Xəzinədarlıq katibi Scott Bessent,Ticarət katibi Hovard Lutnik, CIA direktoru Con Ratcliffe təmsil edəcək.

Bundan əlavə, ABŞ protokolunun rəhbəri Monika Krouli, Ağ Evin aparat rəhbəri Syuzan Uayls, onun müavinləri Ceyms Bleyr, Bo Harrison, Den Skavino, kommunikasiyalar üzrə direktor Stiven Çun, Ağ Evin mətbuat katibi Karolin Levitt və ABŞ Prezidentinin köməkçisi Nik Luna da Ankoricə uçacaq.

Dövlət başçısını həmçinin onun spikeri Ross Uortinqton və Ağ Evin icraçı katibi Uill Şarf müşayiət edəcək.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar