Ru
13:09 / 29 Avqust 2022

"Bunu yazanı tapmışam..." - Amaşovdan istefa xəbərinə sərt REAKSİYA

6720
Bu gün mediada Mətbuat Şurasının sədri Əflatun Amaşovun istefa verəcəyi ilə bağlı xəbərlər yayılıb.


Məlumata görə, Əflatun Amaşov tutduğu vəzifədən getməklə bağlı qərarını yaxın günlərdə açıqlayacaq. Mətbuat Şurasının sədri vəzifəsini qurultaya qədərki dövrdə İdarə Heyətinin üzvü, "525-ci" qəzetin baş redaktoru Rəşad Məcid icra edəcək.


Məsələ ilə bağlı Ə. Amaşov açıqlama verib.

Sədr yayılan xəbərlərin yalan olduğunu bildirib:


“Kimlərsə orda-burda deyib ki, mən Mətbuat Şurası sədrliyindən istefa ərizəsi yazmışam. Bunu mənim fikrimi öyrənmədən yazanlar da tapılıb. Bəri başdan bildirim ki, yazılanlar və deyilənlər şayiədir. İstefa verməmişəm, istefa vermək fikrim də yoxdur. Hazırda işimin başındayam.


Bəli, Azərbaycan Mətbuat Şurasının Nizamnaməsinə əsasən 4 ildən bir Azərbaycan jurnalistlərinin qurultayı keçirilməlidir. Axırıncı Ali Məclis 2018-ci ildə baş tutub. Deməli, 2022-ci ildə də təşkil olunmalıdır.


Bununla bağlı qərarı, yəni qurultayın keçirilməsi üzrə Nizamnamə prosedurunun reallaşdırılması qərarını Şuranın İdarə Heyəti verməlidir. Qurultayda Şuranın İdarə Heyəti üzvlüyünə və sədrliyə yenidən namizədliyimi irəli sürüb-sürməmək qərarını isə mən verməliyəm. Tövsiyə edirəm ki, kimsə buna görə narahatlıq keçirib hadisələri qabaqlamaq niyyətinə düşməsin. Belə bir niyyətə düşmək ən azından etikasızlıqdır”.


BakuPost


Həmçinin oxuyun:



Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər