Azərbaycan Milli İsdtiqlal Partiyasının (AMİP) sədri, millət vəkili Arzuxan Əlizadə və beynəlxalq məsələlər üzrə sədr müavini Elşən Mustafayev aprelin 29-dan mayın 2-dək Xorvatiyanın paytaxtı Zaqreb şəhərində Beynəlxalq Demokrat İttifaqının (İDU) “İDU Forum-2026, Zaqreb” adı altında təşkil etdiyi beynəlxalq tədbirdə və İDU-nun İcracı toplantısında iştirak ediblər.
Bakupost.az xəbər verir ki, bu barədə AMİP-in mətbuat xidməti məlumat verib.
Foruma İDU üzvü olan sağ mərkəz yönümlü partiyaların rəhbərləri, bir sıra sabiq dövlət və hökumət başçıları, müxtəlif analitik beyin mərkəzlərinin nümayəndələri, siyasi ekspertlər, diplomatlar, ümulikdə 300-dən artıq nümayəndə qatılıb.
Forumda müxtəlif məsələlərə həsr olunmuş panellərdə mövcud münaqişələr dönəmində narahat və dəyişən dünya, hazırki transatlantik münasibətlər, Avropanın gələcəyəni müəyyən edəcək faktorlar, Rusiya-Ukrayna müharibəsi, Yaxın Şərqdə baş verən hadisələr və digər aktual məsələlər müzakirə mövzusu olub.
İDU-nun İcraçı Toplantısında isə təşkilat daxili məsəllər müzakirə olunub, dünyada baş verən hadisələrə münasibət bildirilib və müvafiq qətnamələr qəbul edilib.
Rüfət Sultan, BakuPost