Şotlandiya məhkəməsi 28 yaşlı Kortni Qartşoru üç aylıq qızının ölümünə görə altı il həbs cəzasına məhkum edib.
"Bakupost" Kontekst.az-a istinadla xəbər verir ki, qadın fenin isti hava axınını körpəyə yönəldib, nəticədə onun başı və bədəni ölümcül dərəcədə qızıb.
Faciə 30 sentyabr 2023-cü ildə Piterheddə baş verib. Hadisə yerinə gələn təcili yardım işçiləri qızı xilas edə bilməyiblər, o, hadisə yerində ölüb.
İyul ayında Aberdin məhkəməsi Qartşoru adam öldürməkdə günahkar bilib. Məlum olub ki, ana həmin axşam uşağı ilə tək qalaraq spirtli içki qəbul edib.
Polis müfəttişi Ceyms Kallander hadisəni "inanılmaz dərəcədə narahatedici" adlandırıb. Detektiv həmkarlarına və yerli sakinlərə hökmə səbəb olan dəlillərin toplanmasında göstərdikləri köməyə görə təşəkkür edib.