Türkiyənin Ankara vilayətinin Nallıhan rayonunda yerləşən mədən ocağında uçqun baş verib.
"Bakupost" xəbər verir ki, bu barədə "Milliyet" məlumat yayıb.
İlkin məlumatlara görə, hadisə nəticəsində 1 işçi həyatını itirib, çox sayda işçi isə xəsarət alıb.
Əraziyə təcili tibbi yardım, xilasetmə (AFAD), yanğınsöndürmə və təhlükəsizlik əməkdaşları cəlb olunub.
Hadisənin səbəbləri ilə bağlı araşdırmalara başlanılıb.