Keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov Ermənistan Baş naziri Nikol Paşinyanın "Dördüncü Respublika" ideyası və yeni hökumət proqramı ilə bağlı sərt tənqidi şərh paylaşıb.
"Bakupost" "AzPolitika"ya istinadla xəbər verir ki, T.Zülfüqarov erməni dövlətçiliyinin mərhələlərinə nəzər saldıqda Birinci respublika (1918-1920), İkinci respublika (Ermənistan SSR, 1920-1991) və 1991-ci ildən bəri davam edən Üçüncü respublikanın mövcud olduğunu bildirib.
Keçmiş diplomat 1991-ci ildə qurulan Üçüncü respublikanın mahiyyətinə toxunaraq xüsusi məqamı vurğulayıb:
"Bu sonuncu forma yalnız nömrələnməsinə görə deyil, əsasən ideoloji məzmununa görə 'Üçüncü Reyx'i xatırladırdı. Çünki yaradıldığı andan Azərbaycanın ərazisinin bir hissəsini özünə birləşdirdiyini bəyan etdi, Türkiyəyə ərazi iddiaları irəli sürdü və ideologiya olaraq faşizmin erməni forması olan nejdizmini seçdi".
Sabiq nazir qeyd edib ki, 2020-ci ildəki kapitulasiyadan sonra Paşinyan "Dördüncü Respublika" layihəsi ilə çıxış etsə də, mahiyyətcə qanunvericilik səviyyəsində ərazi iddialarından imtina etmir:
"İndi Paşinyan birtərəfli qaydada, Üçüncü respublikanın ərazi iddialarından hüquqi olaraq imtina etmədən İkinci respublikanın (Ermənistan SSR) sınırlarını əldə etmək, yəni kommunist müstəmləkə hakimiyyətinin qərarlarını qanuniləşdirmək istəyir. "Erməni Üçüncü Reyxi" darmadağın edildikdən sonra Paşinyanın "Dördüncü respublikası" SSRİ kommunist rəhbərliyinin Azərbaycana qarşı işğalçı siyasətinin nəticələrini bizə tanıtdırmağa çalışır".
Tofiq Zülfüqarov Ermənistan rəhbərliyinin bu yanaşmasına sualla cavab verib:
"Mənim bir sualım var: Paşinyan həqiqətən elə düşünür ki, biz buna razı olacağıq? Göründüyü kimi "Koka-Kola"dan gənc olan real erməni dövlətçiliyi kapitulasiyadan sonra Azərbaycanın tarixi torpaqları hesabına ərazi bonusu almaq məqsədi güdür?"
Mən nə tarixçi, nə də arxeoloq deyiləm. Amma, yaxın üç əsrin şahidləri və tarixi (yözma kitablar deyil) arxiv sənədləri *ermənilər* adlandırılmış *xaçkar*lar Rusiyaya doğru 1711-1794cü illərdə köç edərkən nİrandan çarlıq öncə onlara İrəvan xanlığının Eçmiadzin köyündə dini muxtarlğa saxlayıb, sonradan Azərbaycanın və digər Qafqaz ərazisində əsasən tərk edilib, ya digər səbəbdən boş qalmış türk evlərinə həmin Qreqori qruplaşmasının ilələrini məskunlaşdırıb. Arxivdən əlavə ensikloped kitabəsində hər bir erməni ailəsinin soyadı və baş sayı üzrə Soyadı göstərilməklə kimin evində-mülkündə (Salyanda, Lənkəranda, Şuşada, ya Armavirdə məskunlaşdırıldığı tam-dəqiq qeydli olub, olmalıdır?! Birinci, yəni ilkin bir neçə yüz minlik Ermənistan özü 28 may 1918ci il respublikasının təqribən 9-11 min kv km ərazisi ilə daha öncə 22 Aprel 1918ci il tarixinə belə qərarlaşıb? Bakı neftindən varlanmış və1920-1924cü illərdə SSRİni tərk etmiş, xüsusilə anti-sovet, (millətçi-daşnaq) ermənilər uzaq xaricdən illər sonra əski vətənə nədənsə, sivil yolla yox, terror işğalı ilə satın almaqla qayıtmaq istəmişlər?