Ru
16:46 / 04 Avqust 2026

Anlaşılmaz İran-ABŞ danışıqları: Trampın planı nədir?

Anlaşılmaz İran-ABŞ danışıqları: Trampın planı nədir?
Eye

İran və ABŞ arasında danışıqlarda irəliləyiş əldə oluna bilər.

“Bakupost” xəbər verir ki, belə bir məlumatla “Al Hadath TV" çıxış edib.
Yüksək vəzifəli mənbə iddia edir ki, vasitəçilər gələcək məsləhətləşmələrə "ehtiyatla nikbin" yanaşırlar və qısa müddət ərzində atəşkəs elan olunacağına ümid edirlər.

Kanal həmçinin iddia edir ki, İranın xarici işlər naziri Abbas Əraqçi tezliklə İslamabada səfər etməyi planlaşdırır.

Politoloq Zərdüşt Əlizadə “Bakupost”a bildirib ki, ABŞ ilə danışmaq və müqavilə bağlamağın əhəmiyyəti yoxdur. Bu əsasda ekspert İranla ABŞ arasında danışıqlarda hansısa bir irəliləyişin olacağına əmin deyil:

“ABŞ ilə İran arasında onsuz da razılaşma vardı. 14 bəndlik anlaşma memorandumu imzalamışdılar. Amerika heç bir sazişə sona qədər riayət etmir. 2015-ci ildə ABŞ başda olmaqla, bir sıra dünya liderləri İranla nüvə proqramı haqqında razılığa gəldilər. Amma ABŞ-nin o zamankı Prezidenti Barak Obama öhdəliklərin çoxunu yerinə yetirmədi. Tramp isə İsrailin istəyilə həmin müqaviləni ümumiyyətlə pozdu”.

Politoloq qeyd edir ki, Amerikanın Yaxın Şərqdəki fəaliyyətinin məqsədi bəllidir:

“Vaşinqton İran neftini ələ keçirmək, bütün Yaxın Şərqi öz aləti olan İsrailin qarşısında itaət vəziyyətinə gətirtmək istəyir. Ondan sonra da Türkiyəni, ardınca da Rusiyanı dağıtmağa girişəcəklər. Bu ABŞ-nin strateji məqsədidir və ona çatmayınca da proses həmin istiqamətdə davam edəcək”.

Z.Əlizadə hesab edir ki, Pekinlə Moskva İrana dəstəyi gücləndirəcəklər:
“Hələlik İran ABŞ ilə qarşıdurmada özünü qoruyur. Tehran Amerikanın Yaxın Şərqdəki çoxsaylı bazalarını sıradan çıxarıb, hərbi imkanlarını xeyli məhdudlaşdırıb. Digər tərəfdən, ABŞ-nin yaratdığı hərbi-siyasi bloklar daxilində fikir ayrılığı yaradıb. Habelə, ABŞ-nin müttəfiqləri arasında Amerikanın qüdrətinə dərin şübhə toxumu səpib. Təbii ki, İran özü də müharibə nəticəsində böyük itkilərə məruz qalıb. Hadisələrin gedişi habelə Rusiya ilə Çini də məcbur edir ki, İranın ABŞ ilə qarşıdurmasının əhəmiyyətini dərk etməklə ona göstərilən dəstəyi genişləndirsinlər”.

Rüfət Sultan,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar