Ru
15:04 / 14 Oktyabr 2025

Aparıcı "Kontakt Home"u rüsvay etdi - 8 qəpik borc qalmaqalı - VİDEO

Aparıcı "Kontakt Home"u rüsvay etdi - 8 qəpik borc qalmaqalı - VİDEO
Eye

Aparıcı Arzu Kəlbi "Kontakt Home" mağazalar şəbəkəsinin əməkdaşlarını müştəriləri yanlış məlumatlandırmaqda və məsuliyyətsiz davranmaqda ittiham edib.

Bakupost.az xəbər verir ki, aparıcı bu barədə videomüraciət yayımlayıb.

O bildirib ki, şirkət ötən il aldığı məhsul üzrə borcunun tam bağlandığını desə də, sonradan hesabında 8 qəpik borc qaldığını bildiriblər:

“Savadsız, qeyri-peşəkar əməkdaşlarla işləyən Kontakt Home mağazalar şəbəkəsi, bəsdirin də! Onsuz da neqativ davranışlarınızla insanları özünüzdən uzaqlaşdırırsınız. Kimə deyirsən ki, “Kontakt Home”a gedirəm, deyirlər, ordan heç nə alma. Neçə gündür kreditlə bağlı müraciət edirəm, deyirlər sistemdə 8 qəpik gecikməniz var. Mən də fikirləşdim ki, axı kimə borcum ola bilər? Birdən yadıma düşdü ki, keçən il məhsul almışdım “Kontakt Home”dan. (Pul baxımdan məsuliyyətli insanam, ödənişləri gecikdirmirəm) Sonuncu ödənişi də etdikdən sonra onların əməkdaşına zəng edib soruşdum, silindi, sıfırlandı? Cavab verdilər ki, bəli, narahat olmayın, sıfırlanıb. Sən demə, sistemdə 8 qəpik borc qalıb. Təsəvvür edin, manat yox a, qəpik! İndi zəng edirəm, deyirlər, bəli, borcunuz qalır, üstünə də 7 qəpik cərimə gəlib. Biabırçısınız!”.

Daha sonra aparıcı alıcıları “Kontakt Home”u boykot etməyə çağırıb.

Lalə, BakuPost


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar