Ru
23:09 / 28 Fevral 2026

Astara sərhədində təxliyə üçün avtobuslar hazır vəziyyətə gətirildi - FOTO

Astara sərhədində təxliyə üçün avtobuslar hazır vəziyyətə gətirildi - FOTO
Eye

İran vasitəsilə Azərbaycana təxliyə olunacaq şəxslərin daşınması məqsədilə Azərbaycan–İran sərhədinə sərnişin avtobusları cəlb edilib.

Bakupost.az Teleqraf-a istinadla xəbər verir ki, ilkin mərhələdə üç avtobus sərhəd ərazisində gözləmə mövqeyində saxlanılır.

Bildirilib ki, həmin avtobuslar Astara sərhəd-keçid məntəqəsindən ölkə ərazisinə daxil olacaq şəxsləri ödənişsiz şəkildə paytaxta çatdıracaq.

Qarşıdakı günlərdə təxliyə prosesi zamanı ölkəyə keçən vətəndaşların sayından asılı olaraq nəqliyyat vasitələrinin sayının artırılması da istisna edilmir. Hazırda sərhəd ərazisində təşkilati işlərin koordinasiyalı şəkildə davam etdiyi qeyd olunur.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar