Azərbaycanlı blogerlər, "ÜlviFatimə" kimi tanınan Ülvi Nadiroğlu və həyat yoldaşı Fatimə sosial şəbəkə hesablarında İranın Dubaya hücumu ilə bağlı paylaşım ediblər.
Bakupost.az xəbər verir ki, cütlük başlarının üzərindən raketlər uçduğunu, obyektlərin hədəf alındığını bildirib.
Hazırda Dubayda istirahətdə olan cütlük "Global village"də qaldıqlarını və partlayış səslərinin aydın eşidildiyini vurğulayıblar.
Qeyd edək ki, vurulmuş İran raketinin qalıqları Dubayın məşhur otellərindən olan “Fairmont The Palm hotel”in binasına düşüb və yanğına səbəb olub.
Asena,
BakuPost