Ru
01:19 / 01 Mart 2026

İran XİN-dən Xamenei və Pezeşkian barədə AÇIQLAMA

İran XİN-dən Xamenei və Pezeşkian barədə AÇIQLAMA
Eye

"İranın Ali Lideri Əli Xamenei və ölkə Prezidenti Məsud Pezeşkian sağdır və təhlükəsiz şəraitdədirlər".

Bakupost.Az xəbər verir ki, bu barədə İslam Respublikasının Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmail Bəqai "Sky News" telekanalına bildirib.

"Onların hamısı təhlükəsiz yerdədirlər və özlərini yaxşı hiss edirlər", - deyə o vurğulayıb.

Bundan əvvəl İsrailin Baş naziri Benyamin Netanyahu bəyan etmişdi ki, İrana endirilən zərbələr zamanı Xameneinin iqamətgahı hədəfə alınıb və ali liderin bu hücum nəticəsində həlak ola biləcəyini istisna etməyib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar