Ru
23:46 / 28 Fevral 2026

İsrail-İran münaqişəsi fonunda Ərdoğandan XƏBƏRDARLIQ

İsrail-İran münaqişəsi fonunda Ərdoğandan XƏBƏRDARLIQ
Eye

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsrail və ABŞ-nin İrana qarşı hücumlarını pisləyib, eyni zamanda İranın region ölkələrindəki hədəflərə endirdiyi zərbələri qəbuledilməz adlandırıb.

Bakupost.az xəbər verir ki, İstanbulda çıxış edən R.T.Ərdoğan hücumların İranın suverenliyini açıq şəkildə pozduğunu və regionda sülhə təhdid yaratdığını bildirib.

Onun sözlərinə görə, Türkiyə uzun müddət tərəflər arasında dialoqun qurulması üçün səylər göstərib, lakin istənilən nəticə əldə olunmayıb.

Prezident vurğulayıb ki, İranın Körfəz bölgəsindəki qardaş ölkələrə raket və PUA hücumları da qəbulolunmazdır.

Ərdoğan qeyd edib ki, Türkiyənin sərhədlərinin və hava məkanının təhlükəsizliyi ilə bağlı problem yoxdur, təhlükəsizlik qurumları bütün zəruri tədbirləri görür. O əlavə edib ki, Ankara atəşkəs və danışıqların bərpası üçün diplomatik təşəbbüsləri aktivləşdirəcək.

Türkiyə prezidenti xəbərdarlıq edib ki, diplomatiyaya imkan verilməzsə, region daha geniş münaqişə riski ilə üzləşə bilər.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar