Astara rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Bakupost.az Oxu.Az-a istinadla xəbər verir ki, hadisə Astara-Lənkəran yolunda qeydə alınıb. Astaradan Lənkərana sərnişin daşıyan "Mercedes Sprinter" markalı mikroavtobus hərəkətdə olarkən sürüşkən yolda idarəetmədən çıxaraq aşıb.
İlkin məlumata görə, hadisə nəticəsində 1 nəfər ölüb, bir neçə nəfər isə xəsarət alıb.