Tanınmış bloger cütlük Fuad və Asya boşanır.
Bakupost.az xəbər verir ki, bu barədə Asya "Instagram" hesabında paylaşım edib:
“Həyat yoldaşım Fuad İsmayılovla anlaşmalı şəkildə ayrılmağa qərar verdik. Aramızdakı hörmət hər zamankı kimi qalacaq. Çünki övladlarımız var. Bəlkə nə zamansa bu haqda danışaram, amma hələlik bu qədər”.
Qeyd edək ki, cütlüyün iki övladı var.