Ru
11:00 / 28 Dekabr 2019

"Atam Almaniyada müalicə olunur" - Əli Həsənovun oğlundan AÇIQLAMA

"Atam Almaniyada müalicə olunur" -  Əli Həsənovun oğlundan AÇIQLAMA
Eye

Bəzi kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə Prezidentin ictimai-siyasi məsələlər üzrə sabiq köməkçisi Əli Həsənovun ölkəni tərk etmək istəyərkən hava limanında saxlanılmasına dair məlumatlar yayılıb.

Bununla bağlı Əli Həsənovun oğlu Şamxal Həsənli BakuPost-a bildirib ki, bu məlumatlar əsassızdır: “Atam ürəyindən əməliyyat olunduğuna görə ildə bir neçə dəfə həkim nəzarətindən keçmək üçün Almaniyaya gedir. Dekabrın 25-də növbəti müayinə üçün atam yenidən bu ölkəyə gedərək həkim müayinəsindən keçib. Səhhəti ilə bağlı hər şey qaydasındadır və inşallah, dekabrın 29-u ölkəyə, Bakıya qayıdacaq”.

“Şayiə, böhtan xarakterli məlumat yayanlara isə bu cür çirkin əməllərdən əl çəkməyi tövsiyə edirəm” - deyə Şamxal Həsənli bildirib.

Qeyd edək ki, Əli Həsənovun dünən axşam ölkəni tərk edərkən saxlanılması xəbəri yayılıb.

Şərhlər
  • İsmayilov Nezir

    Bəs Əli Həsənov deyirdi,Ölkəmiz belə inkişaf edib....?,,Nə əcəb Ölkəsində müalicə olunmur?

  • Əhədov Fuad

    Niyə Almaniyada mualicə alir,axi Azərbaycanda yaxşi xətəxanalar,müalicə müəssələri var,allah şəfa versin.

Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar