Ru
14:56 / 13 Sentyabr 2025

Avropa çempionatı: Azərbaycan millisi yarımfinalda məğlub olub

Avropa çempionatı: Azərbaycan millisi yarımfinalda məğlub olub
Eye

Azərbaycanın çimərlik futbolu millisi Avropa çempionatının final mərhələsində növbəti oyununu keçirib.

Bakupost.az xəbər verir ki, B Liqasında mübarizə aparan yığma yarımfinalda Rumıniya kollektivi ilə üz-üzə gəlib.

Qarşılaşma rəqibin 5:3 hesablı qələbəsi ilə yekunlaşıb. Azərbaycan millisi 3-cü yer uğrunda, sentyabrın 14-də Qazaxıstan seçməsi ilə qarşılaşacaq.

Qeyd edək ki, komanda A qrupundakı ilk görüşdə Belçikanı (5:4) məğlub edib, daha sonra Litvaya (1:2) uduzub.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar