Pakistanın Cənubi Vəziristan bölgəsində əsgərləri daşıyan hərbi maşın silahlı hücuma məruz qalıb.
Bakupost.az xəbər verir ki, bu barədə “Haber7” məlumat yayıb.
Məlumata görə, naməlum şəxslər ağır silahlarlarla etdiyi hücum nəticəsində əsgərlərin azı 12-si həlak olub, 4-ü yaralanıb.
Hadisəyə görə məsuliyyəti "Təhrik-i-Taliban Pakistan" (TTP) qruplaşması öz üzərinə götürüb.
Qruplaşmanın yaraqlıları silahları ələ keçiriblər ki, bu da onların Əfqanıstan sərhədi boyunca yenidən dirçəlməsi qorxusunu artırıb.
Pakistan əsgərlərindən biri yaraqlıların hücumdan sonra hərbi maşın və silah-sursatı ələ keçirdiklərini təsdiqləyib.
Analitiklər qeyd edirlər ki, hökumətin qəbilələrin yaşadığı ərazilərdə antiterror əməliyyatlarının gücləndirildiyini bəyan etməsinə baxmayaraq, qruplaşma son aylarda hücumlarını artırıb.