Ru
12:30 / 13 Sentyabr 2025

"Vüsal 300" barədə cinayət işi açıldı

"Vüsal 300" barədə cinayət işi açıldı
Eye

"Vüsal 300" kimi tanınan iş adamı Abbasov Vüsal Şirvan oğlu barəsində cinayət işi başlanılıb.

Bakupost.az xəbər verir ki, "Report"un əldə etdiyi xəbərə görə, "Vüsal 300" bir neçə nəfərlə əlbir olaraq qanunsuz lizinq fəaliyyəti məşğul olmaqda ittiham olunur.

Belə ki, Vüsal Abbasov vətəndaşlara məxsus avtomobilləri və digər əmlakların girov saxlamaqla qanuna müvafiq olmayan faiz dərəcələri ilə lizinqə salmaqda təqsirləndirilir.

Faktla bağlı Xətai rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 308-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə cinayət işi başlanılıb.

Sosial şəbəkələrdə yayılan görüntülərdə "Vüsal 300" məxsus ofislər, avtomobil qarajı üzərinə məhkəmə tərəfindən həbs qoyulub və Xətai rayon Prokurorluğu tərəfindən möhürlənib.

Qeyd edək ki, "Vüsal 300" Bakıda ən bahalı maşınların "arendator"u kimi tanınır. Bir çox tanınmış müğənnilərin avtomobilləri məhz ona məxsusdur.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar