Ru
11:11 / 13 Sentyabr 2025

“Benfika”nın baş məşqçisindən “Qarabağ” açıqlaması

“Benfika”nın baş məşqçisindən “Qarabağ” açıqlaması
Eye

"Benfika" evdə "Qarabağ"a qarşı keçirəcəyi UEFA Çempionlar Liqasının əsas mərhələsinin ilk oyununda qalib gəlməlidir.

Bakupost.az axar.az-a istinadla xəbər verir ki, bunu komandanın baş məşqçisi Brunu Laji deyib.

49 yaşlı mütəxəssis "Santa Klara" ilə heç-heçə etdikləri (1:1) Portuqaliya Liqasının V turunun matçından sonra fikirlərini bölüşüb:

"Artıq toparlanmalı və bütün diqqətimizi növbəti qarşılaşmaya yönəltməliyik. Çərşənbə axşamı doğma meydanda qələbə qazanmalıyıq. Azarkeşlərimizə müraciət edirəm. Bizi dəstəkləməyə davam edin. Çempionlar Liqası matçında da burada olun. Çünki turnirdə yaxşı mövsüm keçirməli və qalibiyyətlə başlamalıyıq".

Qeyd edək ki, "Benfika" - "Qarabağ" oyunu sentyabrın 16-da, Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar