Serbiyanın Zlatibor şəhərində keçirilmiş məktəblilər arasında boks üzrə Avropa çempionatı zamanı qalmaqal baş verib.
Bakupost.az Teleqraf-a istinadla xəbər verir ki, münaqişə Azərbaycan millisinin üzvü Yusif Ağakişiyevlə yerli boksçu Viktor Maystoroviç arasındakı qarşılaşma zamanı yaşanıb.
Qarşılaşmanı idarə edən şimali makedoniyalı hakim Stefan Tsubalevskinin idarəçiliyindən narazı qalan azərbaycanlı məşqçi əvvəlcə ona sözlə etiraz edib. Daha sonra isə məşqçi ikinci raundda rinqə çıxaraq, referini boğmağa başlayıb.
Nəticədə döyüş dayandırılıb, azərbaycanlı boksçuya məğlubiyyət verilib. Bununla da Maystoroviç qızıl, Ağakişiyev gümüş medal alıb.