Ru
17:20 / 16 Oktyabr 2025

Avropa Komissiyası Rusiyanın dondurulmuş aktivlərini müsadirə edəcək

Avropa Komissiyası Rusiyanın dondurulmuş aktivlərini müsadirə edəcək
Eye

Avropa Komissiyası (AK) bu il ərzində Rusiyanın dondurulmuş aktivlərini müsadirə etməyi planlaşdırır.

Bakupost.az TASS-a istinadla bildirir ki, bu barədə müdafiə üzrə Avropa komissarı Andrius Kubilius deyib.

Onun sözlərinə görə, bu vəd 2030-cu ilə qədər AB-nin təhlükəsizliyinin artırılması üzrə yol xəritəsinə daxil edilib.

“Yol xəritəsinə çox vacib bir vəd daxil edilib: "reparasiya krediti" 2025-ci ilin sonuna qədər həyata keçirilməlidir”, — deyə Kubilius bildirib və əlavə edib ki, AB planlaşdırır ki, vəsait Ukraynanın hərbi ehtiyaclarına yönəldilsin..

Qeyd edək ki, bu gün Avropa Komissiyası üzv dövlətlərə “Sülhün qorunması – 2030-cu ilə qədər müdafiəyə hazır olma” adlı yol xəritəsini təqdim edib.

Sənəd Avropanın müdafiə potensialının gücləndirilməsi üzrə əhatəli planı əhatə edir.

Yol xəritəsi “potensial boşluqların aradan qaldırılması, üzv dövlətlərdə müdafiəyə investisiyaların sürətləndirilməsi və AB-nin 2030-cu ilə qədər tam müdafiə hazırlığına istiqamətinin müəyyən edilməsi üçün konkret hədəflər və mərhələlər” müəyyən edir.

Qeyd olunur ki, Avropanın müdafiəsinin gücləndirilməsi Ukraynaya “qəti dəstək” deməkdir.

Əvvəllər Avropa Parlamenti Ukraynaya “reparasiya krediti”nin Rusiyanın dondurulmuş bank aktivləri girov qoyularaq verilməsini tələb edən qətnamə qəbul edib.

Avropa siyasətçiləri təklif edirlər ki, Kiyevə 140 milyard avro kredit verilsin.

Dondurulmuş Rus aktivlərinin böyük hissəsi Belçikadakı Euroclear depozitində yerləşir.

Belçikanın baş naziri Bart de Vever bildirib ki, Avropa Parlamentinin təklif etdiyi kredit aləti müsadirəyə bərabərdir.

O qeyd edib ki, Belçika mümkün nəticələrə görə məsuliyyəti öz üzərinə götürməkdən imtina edir və təklif edir ki, müttəfiqlər Rusiyanın bütün aktivlərini qaytarmalı olarsa kollektiv müqavilə imzalasınlar.

Ayxan,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar