Ru
13:58 / 28 Oktyabr 2025

Avropa Parlamenti Azərbaycanla bağlı həqiqəti təhrif etdi

Avropa Parlamenti Azərbaycanla bağlı həqiqəti təhrif etdi
Eye

Avropa Parlamentinin rəsmi saytında Azərbaycan-Ermənistan münasibətlərindən bəhs edən “Ermənistan və Azərbaycan: Davamlı sülh yaxınlaşırmı?” başlıqlı məqalə dərc edib.

Bakupost.az -ın məlumatına görə, məqalədə qeyd olunur ki, Ermənistan və Azərbaycan son 30 ildən çox müddətdə heç vaxt sülhə bu qədər davamlı yaxın olmayıb:

"Lakin sülhə aparan, enişli-yoxuşlu yol hələ də daxili və xarici amillərin təsirinə qarşı kövrək görünür.

2025-ci il avqustun 8-də, Vaşinqtonda hər iki ölkənin liderləri birgə bəyannamə imzalayaraq sülhə nail olmağa sadiq olduqlarını bildirdilər və 17 maddədən ibarət sülh sazişinin ilkin variantını parafladılar. Bu sənəd aylarla davam edən, qapalı və yalnız iki ölkə arasında aparılan danışıqların nəticəsi idi”.

Yazıda bildirilir ki, Ermənistan və Azərbaycan Dağlıq Qarabağ üzərində münaqişəyə Soyuq müharibənin sonundan bəri, postsovet məkanının ən uzunmüddətli münaqişəsi kimi cəlb olunub. Bununla belə yazıda bəzi təhriflərə də yol verilib

“1990-cı illərdə və 2020-ci ildə baş vermiş iki qanlı müharibə, üç onillik ərzində “dondurulmuş münaqişə” dövrləri ilə növbələşib. Bu müddət ərzində 30 mindən çox insan həlak olub, hər iki tərəfdən bir milyondan çox insan köçkün düşüb, və cəmiyyətlərin dərin qatlarında kök salmış qarşılıqlı incikliklər, iddialar formalaşıb”.

Bəli olduğu kimi, 30 ilə ərzində Azərbaycanın 1,2 milyon vətəndaşı köçkün düşüb. Bir erməni belə öz evini məcburi tərk etməsə də, guya Ermənistanın da 1 milyon qaçqını olduğu bildirilib.

Daha sonra yazıda bildirilir ki, ATƏT-in Minsk Qrupunu çərçivəsində başlanan və sonradan Rusiya, Avropa Birliyi və ABŞ xətti ilə paralel şəkildə davam edən beynəlxalq vasitəçilik səyləri 2023-cü ilin sentyabrında qəfil dayandı:

"Həmin vaxt Azərbaycan Dağlıq Qarabağda ildırımsürətli hərbi əməliyyat keçirərək bir neçə gün ərzində özünü “Dağlıq Qarabağ Respublikası” adlandıran qurumun ləğv edilməsinə və təxminən 100 min etnik erməninin məcburi köçkün düşməsinə səbəb oldu”.

Təəssüf ki, yazıda Qarabağdan köçən ermənilərin sayı da şişirdilib. Digər tərəfdən, köçənlərin çoxu Qarabağ sakini deyil, 30 illik işğal zamanı Ermənistan və digər ölkələrdən köçürülərək Azərbaycan torpağında qeyri-qanuni məskunlaşdırılmış ermənilər idi.

Yazıda deyilir ki, bu hadisələr Rusiyanın 2022-ci ilin fevralında Ukraynaya qarşı genişmiqyaslı işğalı fonunda baş verdi:

“Müharibə regionda qüvvələr balansını dəyişdi, Rusiyanın “təhlükəsizlik təminatçısı” və “sülhməramlı vasitəçi” kimi rolunu etibarsızlaşdırdı. Nəticədə üçüncü müharibə ehtimalı ilə bağlı qorxular artdı.

Bütün gözləntilərə rəğmən, aylarla aparılan yalnız ikitərəfli danışıqlardan sonra, 2025-ci ilin martında tərəflər sülh sazişinin layihəsi üzərində razılığa gəldiklərini elan etdilər. Bu sənəd gələcəkdə dinc və qarşılıqlı münasibətlərin əsaslarını müəyyənləşdirsə də, sərhədlərin delimitasiyası və nəqliyyat əlaqələrinin bərpası kimi mübahisəli məsələləri kənarda saxladı”.

Məqalədə sülh sazişinin imzalanması üçün rəsmi Bakı tərəfindən Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının yer aldığı bəndin çıxarılmasının tələb olunması qeyd edilib:
“Ermənistan üçün bu, çətin və demək olar ki, mümkünsüz bir addım idi, çünki konstitusiya dəyişikliyi xalq referendumu ilə təsdiqlənməlidir. Bu səbəbdən sülh prosesi qeyri-müəyyən müddətə dayanmış kimi göründü. Lakin avqustun 8-də Vaşinqton Sammiti prosesi yenidən canlandıran mühüm dönüş nöqtəsi oldu”.

Cavid, BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar