Ru
15:39 / 26 May 2026

Avropada rekord istilər: “İstilik qübbəsi” həyatı iflic edir

Avropada rekord istilər: “İstilik qübbəsi” həyatı iflic edir
Eye

Avropada qeyri-adi istilər müşahidə olunur. Səbəb “istilik qübbəsi” adlanan hava hadisəsidir. Bu zaman isti hava bölgə üzərində sıxılıb qalır.

Normalda bu cür temperatur yay ortasında olur. Amma bu il yaz fəslində belə istilər qeydə alınıb.

Bakupost.az məlumat verir ki, alimlər buna əsas səbəb kimi iqlim dəyişikliklərini göstərirlər. Onların fikrincə, Avropa dünyada ən sürətli isinən bölgələrdən biridir. İsti hava dalğaları isə daha intensiv və daha güclü olur.

Böyük Britaniyada mayın 25-də rekord qırılıb. Ölkə tarixində ən isti may günü olub. Londonda temperatur 34,8 dərəcəyə çatıb. Bu, əvvəlki rekorddan 2 dərəcə yüksəkdir.

Mütəxəssislər deyir ki, bu temperatur yayda belə nadir hal sayılır.

İrlandiyada da rekord qeydə alınıb. Killarney və Klonmel şəhərlərində 28,8 dərəcə istilik olub.

Fransada da anormal istilər başlayıb. Parisdə keçirilən 10 km qaçış zamanı 1 nəfər istidən ölüb. Başqa bir yarışdan sonra isə 10 nəfər ağır vəziyyətdə xəstəxanaya aparılıb.

Bahar Babaşova, BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar