Ru
13:45 / 25 Noyabr 2025

"Avtomobil bazarının Ağdama köçürülməsi..." - Ekspertdən açıqlama

"Avtomobil bazarının Ağdama köçürülməsi..." - Ekspertdən açıqlama
Eye

Mediada yayılan məlumata görə, yaxın vaxtlarda strateji qərarlardan biri kimi ölkənin ən böyük avtomobil bazarının Ağdama köçürülməsi planlaşdırılır.

Plan Ağdamın regional ticarət və logistika mərkəzinə çevrilməsi, işğaldan azad edilmiş bölgələrə yeni iqtisadi axının yaradılması, nəqliyyat infrastrukturunun gücləndirilməsi, yeni sahibkarlıq fəaliyyəti və məşğulluq imkanlarının artırılmasına xidmət edir.

Bildirilib ki, Ağdamda formalaşacaq bazar Cənubi Qafqazın və regionun ən böyük və nüfuzlu avtomobil bazarlarından biri olmağa namizəddir.

Mövzu ilə bağlı Baklupost.az -a danışaq nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, bu, öz-özlüyündə yüzlərlə iş yerinin açılması, minlərlə insanın dolanışığı deməkdir:


“Mən deyə bilmərəm ki, orada ancaq yeni avtomobillər satılacaq. Bu, mümkün deyil. Çünki Azərbaycanda o qədər də yeni istehsal olunan avtomobillər yoxdur. Olanlar da, görürsünüz, öncədən sifariş və s. yollarla satılır. Amma hər halda, Azərbaycanda yığılan avtomobillərin də orada bir mağazası açılacaq, nümayəndəliyi olacaqsa, bu, yeni iş yerləri deməkdir. İkincisi, Qarabağ, Şərqi Zəngəzur zonasında kimsə maşın almaq istəyirsə, artıq uzaq yolu gəlib Bakıdan yox, oradan alacaq. İkinci əl avtomobil bazarı kimi ora çox faydalı ola, işləyə bilər”.

E.Muradlının sözlərinə görə, bir çox bölgə bazarlarını Ağdama cəmləmək olar:

“Məsələn, Bərdədə avtomobil bazarı var və bunu Ağdama köçürmək olar ki, artıq mərkəzləşmiş bir bazar kimi fəaliyyət göstərsin.

Digər tərəfdən, bazar sadəcə, avtomobil satmaq üçün deyil. Burada avtomobil üçün aksesuarlar satılır, servis xidməti fəaliyyət göstərir və s. Nəticədə, əgər həftəsonu 300 nəfər maşın satacaqsa, onun ikiqatı da başqa insanlar oradan faydalanmış olacaqlar. Mən bunu müsbət qiymətləndirir və faydalı olacağını düşünürəm. Ən azından yeni iş yerlərinin yaradılması çox müsbət addımdır və Ağdamın da tarix boyu maşın bazarında öz rolu olub”.

Lalə Novruz, BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar