Ru
16:20 / 29 May 2026

Avtoxuliqanlıq edən sürücü TUTULDU - VİDEO

Avtoxuliqanlıq edən sürücü TUTULDU - VİDEO
Eye

Xəzər Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən "Chevrolet Nexia" markalı 77-PZ-188 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Nurlan Mamedzadə saxlanılıb.

Bakupost.az-ın məlumatına görə, sürücü Xəzər rayonu, Şüvəlan qəsəbəsi ərazisində yol hərəkəti qaydalarını kobud şəkildə pozub, avtoxuliqanlıq edərək digər hərəkət iştirakçılarının həyat və sağlamlığına təhlükə yaradıb.

Onun barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən protokol tərtib edilərək məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə sürücü N.Mamedzadə inzibati qaydada həbs edilib.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar