Ru
16:42 / 28 Mart 2023

10 manata qarpız, 180 manata alça... - Meyvələrin bahalaşmasının səbəbi nədir? - AÇIQLAMA

4632
Hazırda bəzi meyvələrin qiyməti kəskin dərəcədə baha olması ilə diqqəti çəkir.

Belə ki, bazarlarda 70-180 manata alça, 8-18 manata çiyələk, 8 manata üzüm, ədədi 10 manata qarpız və yemişə rast gəlinir.


Bəs, bəzi meyvələrini qiymətinin bu qədər baha olmasının səbəbi nədir?



Məsələ ilə bağlı Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov Bakupost.az -a açıqlama verib.


O, bazarın tələb və təklif əsasında formalaşdığını, tələb olduğu üçün məhsulların qiymətinin bu cür qalxdığını bildirib:


"Təəssüf ki, qiymətlər yuxarıdır. Bu haqda Azad İstehlakçılar Birliyinə də daim zənglər edilir. Bəzi qeyri-mövsümi meyvələr xaricdən gətirilirş ona görə də çox bahadır. Hökumətin vəzifəsi odur ki, azad şərait yaratsın, bazara yeni oyunçular daxil olsun, inhisarçılıq ləğv olunsun. Hökumət bunu edərsə, əlbəttə, qiymətlər aşağı düşər. Üstəlik, yerli kənd təsərrüfatı məhsullarının istehsalı getdikcə müəyyən insanların əlində cəmləşir. Həmin insanlar böyük təsərrüfatlar yaradırlar. Belə vəziyyətdə fərdi təsərrüfatlar çökür. Onlar asanlıqla qiyməti istehlakçılara diqtə edirlər”.


E.Hüseynov dövlət orqanlarının bu istiqamətdə yoxlama keçirmələrinin vacib sayıb:


“Hökumət elə iş aparmalıdır ki, bolluq olsun və qiymətlər aşağı düşsün. Dövlət orqanlarının qiymət siyasətinə müdaxilə etmək ixtiyarı yoxdur. Sadəcə, monitorinqlər aparıb, qiyməti salmaq üçün dövlətin əlində olan imkanlardan istifadə etməlidirlər. Təəssüf ki, bu, baş vermir. İllərdir bunu qış və yaz aylarında müşahidə edirik. İstənilən yerli istehsalçı məhsulu bazara tez çıxarıb baha qiymətə satmaq istəyir. Məsələn, bir istehsalçı 10 hektar əraziyə, digəri də 1 hektar əraziyə yemiş əkir. Həmin 1 hektar əraziyə əkən məhsulu 10 gün qabaq bazara çıxarsa, 10 hektarlıq məhsul əkən təsərrüfatçı qədər pul qazana bilər”.

Aynur İbrahim
BakuPost



Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər