Ru
19:22 / 04 Noyabr 2024

2 ildə 52 kiloqram arıqladı

2 ildə 52 kiloqram arıqladı
Eye

Türkiyənin sosial media fenomeni Burak Özdemir (CZN Burak) qonaq olduğu proqramda susqunluğunu pozub.

Bakupost.az xəbər verir ki, mədəsindən əməliyyat olunduğu iddia edilən CZN Burak 2 ildə 52 kilo arıqlamasından danışıb.

Sosial mediada yemək videoları ilə tanınan və bir çox ölkədə restoran açan fenomen Eser Yenenlerin proqramında qonaq olub. O, mədə əməliyyatı olunmadığını qeyd edib:

“Mədə əməliyyatı keçirməmişəm. Mədə problemim var idi və bu səbəbdən mədəmdə qanama baş verirdi Ondan sonra yeməklə məşğul ola bilmədim, təzəcə sağalıram.”

Lalə, BakuPost



Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar