2024-cü ilin əsas təhlükələri nədən ibarətdir? Planetin ən qaynar nöqtələri hansılar olacaq? Politoloqlar 2024-cü ildə ərazilərində müharibələrin baş verə biləcəyi ölkələrin adlarını açıqlayıblar.
Bakupost.az mövzu ilə bağlı REN TV-nın saytında yayılan məqaləni təqdim edir:
"X" günü: NATO və Rusiya arasında münaqişə ilə bağlı proqnozlar
Britaniya kəşfiyyatı Mİ6 Almaniya Müdafiə Nazirliyi ilə birlikdə Rusiya ilə mümkün münaqişə ssenarisini təsvir edən sənəd hazırlayıb. “Gizli sənədi” əldə edən Almaniyanın “Bild” qəzetinin yazdığına görə, Berlin və London hipotetik qarşıdurmanın 2024-cü ilin dekabr – 2025-ci ilin yanvar aylarında başlayacağını düşünürlər.
""Bild" adi bir təlimin ssenarisini əldə edib. Bir vaxtlar ssenarilər tamamilə uydurma idi, mövcud olmayan ölkələr və coğrafi bölgələrdən bəhs olunurdu. İndi isə mövcud ölkələr və coğrafiyalarla bağlı ssenarilər daha çox tətbiq edilir", - deyə NATO-nun Strateji Məsələlər üzrə mərkəzinin direktoru Yanis Sarts vurğulayıb.
“Almanlar və ingilislər ilkin olaraq belə bir ssenari hazırlayıblar, Kiyev və Moskvanı Ukraynada münaqişəyə təhrik ediblər. Burada məqsəd Böyük Britaniya və Almaniyaya qarşı mümkün uzunmüddətli, aqressiv hərəkətlərinin qarşısını almaq üçün Rusiya Federasiyasını hərbi cəhətdən zəiflətmək olub", - deyə siyasi texnoloq Maksim Sıtenkov bildirib.
Bundesverin sənədindən məlum olur ki, hipotetik ssenariyə görə, təxribat təşkil olunacaq, bundan sonra Polşa və Baltikyanı ölkələr Rusiyanı təcavüzdə ittiham edəcəklər və bu, guya genişmiqyaslı toqquşmanın başlamasına səbəb olacaq.
Bundesverin məxfi sənədinə görə, “X" günündə NATO-nun baş komandanı şərq cinahına 300 min əsgər (o cümlədən Bundesverin 30 min əsgəriini köçürmək əmri verəcək”, – "Bild" yazır.
Lakinin qəzetin bu informasiyaları təkzib edildi. Almaniyanın müdafiə naziri Boris Pistorius bildirdi ki, ölkəsi Rusiya ilə qarşıdurmaya hazır deyil. NATO-dan da Rusiyadan alyansda iştirak edən ölkələr üçün birbaşa və ya tezliklə gözlənilən təhlükə görmədikləri açıqlandı.
Bundan əlavə, rusiyalı hərbi ekspertlər əmindirlər ki, ssenari fantastikdir və Avropa eskalasiyanı genişləndirməsə, Rusiya buna getməyəcək.
Qaynar Yaxın Şərq: vəziyyətin inkişafı ilə bağlı proqnozlar
Yaxın Şərqdə döyüşlər yeni güclə alovlanır. Belə ki, yanvarın əvvəlində ABŞ və Britaniya hərbçiləri "Rifahın mühafizəsi" əməliyyatına başlayıb və Yəmən hədəflərinə kütləvi zərbələr endiriblər.
Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib ki, bu zərbələr husilərin hücum etmək qabiliyyətini sarsıtmaq məqsədi daşıyırdı: "Hesab edirik ki, zərbələr bu istəyimizə yaxşı təsir göstərdi".
"Düşmənlərimiz - ABŞ və Böyük Britaniya - Yəmən xalqına qarşı cinayətkar təcavüzə görə tam məsuliyyət daşıyır və onların hərəkətləri cavabsız və cazəsız qalmayacaq", - "Ənsar Allah" (Husilər) silahlı qüvvələrinin sözçüsü Yəhya Sariya deyib.
İranın Yəmən husilərinin müdafiəsinə birbaşa qoşulması və bu ölkənin silahlı qüvvələrinin İraqdakı Amerika bazasına, hava limanına və ABŞ konsulluğuna raket zərbələri endirməsi səbəbindən vəziyyət qızışır. ABC televiziyasının məlumatına görə, ABŞ hərbi obyektləri İranın zərbələri nəticəsində zərər görməyib. Ancaq sonradan yayılan görüntülərdən Amerika bazası və konsulluğunun demək olar ki, tamamilə məhv edildiyi aydın olur.
"İran Vaşinqtona mesaj vermək üçün İraqa hücum etdi. Amerikanın İraqdakı konsulluğuna, İraq və Suriyadakı hərbi bazalarına raket zərbələri endirməklə, zarafat etməyəcəyini açıq şəkildə göstərdi", - deyə hərbi analitik Andrey Krasnoperov bildirib.
Pentaqonun rəhbərinin keçmiş müşaviri, istefada olan polkovnik Duqlas Makqreqor bildirib ki, nəzəri cəhətdən ABŞ-ın İrana zərbə endirməsi ilə üçüncü dünya müharibəsinə başlaya bilər.
"ABŞ-ın İranla müharibəsi çox güman ki, üçüncü dünya müharibəsinə gətirib çıxaracaq. Hər kəs bu müharibəyə cılb olunacaq. Bu mərhələdə armageddondan qaçmaq çox çətin olacaq", - Makqreqor deyir.
Hərbi şərhçi Aleksey Sukonkinin fikrincə, ABŞ-ın zərbələrinin ilkin hədəfləri İranın nüvə infrastrukturu obyektləri ola bilər.
“Çox güman ki, ünaqişə baş verərsə, ABŞ İranın atom obyektlərinə nüvə zərbəsi endirəcək”, - Sukonkin hesab edir.
Belə ki, hipotetik olaraq raket zərbələri Buşehr AES-ə, İsfahandakı uran emalı müəssisələrinə və Netenzdəki aşağı zənginləşdirilmiş uran zavodlarına endirilə bilər.
Niyə ABŞ münaqişənin gərginləşməsində maraqlıdır?
(ardı var)
Zahid
BakuPost