Ru
16:25 / 18 İyun 2025

22 bıçaq zərbəsi alan qadını görün nə xilas etdi - FOTO

22 bıçaq zərbəsi alan qadını görün nə xilas etdi - FOTO
Eye

Çində qeyri-adi hadisə baş verib.

Bakupost.az xəbər verir ki, 30 yaşlı Ma adlı qadın bıçaqlı hücuma məruz qaldıqdan sonra möcüzəvi şəkildə sağ qalıb.

Hadisə Xanjo şəhərində yerləşən ticarət mərkəzinin qarşısında qeydə alınıb.

Cinayətkar əvvəlcə qadını parkinq haqqını ödəməyə məcbur edib, daha sonra onu başqa bir rayona aparıb. Qadın yolda fürsətdən istifadə edərək sevgilisinə yerini bildirən mesaj göndərib.

Təyinat nöqtəsinə çatdıqda, cinayətkar qadından pul tələb edib. Bu vaxt hadisə yerinə gələn polis əməkdaşlarını görən dələduz qadına bıçaqla hücum keçib, daha sonra isə intihar edib.

Ma 22 bıçaq zərbəsi almasına baxmayaraq, sağ qalmağı bacarıb. Həkimlərin sözlərinə görə, qadının silikon sinə implantları onun həyatını xilas edib. Çünki zərbələrin əksəriyyəti implantlara dəyib. Qadın yalnız ağciyərindən yaralanıb və hazırda xəstəxanada müalicə alır. Onun vəziyyəti stabildir.

Aysel,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar