Ru
10:46 / 05 Mart 2026

Kürd yaraqlıları hücuma keçdi? – Bərzani açıqlama verdi

Kürd yaraqlıları hücuma keçdi? – Bərzani açıqlama verdi
Eye

Yaxın Şərqdə gərginliyin artdığı bir vaxtda İran istiqamətində kürd silahlı qruplarının hücuma keçdiyi barədə xəbərlər yayılıb. Xarici mediada yayılan məlumatlara görə, bəzi kürd qrupları İran ərazisinə qarşı əməliyyatlara hazırlaşır və sərhəd bölgəsində hərbi aktivlik artıb.

Bakupost.az “Associated Press”ə istinadən xəbər verir ki, İraqın şimalında yerləşən kürd silahlı təşkilatları mümkün quru əməliyyatı üçün hazırlıq görür. Onların bir hissəsinin artıq İran sərhədinə yaxın ərazilərdə cəmləşdiyi və bəzi döyüşçülərin ölkə ərazisinə keçdiyi barədə məlumatlar yayılıb.

Məlumatlara görə, İran kürd müxalifət qrupları – o cümlədən müxtəlif siyasi və silahlı təşkilatlar – son vaxtlar vahid koalisiya yaratmağa çalışır və Tehran hakimiyyətinə qarşı mübarizəni gücləndirməyi planlaşdırır.

Hadisələr fonunda İraq kürdüstanının rəhbərliyi rəsmi mövqeyini açıqlayıb. Regionunun prezidenti Neçirvan Bərzani bildirib ki, region Yaxın Şərqdə gedən müharibədə tərəfi olmayacaq.

Onun sözlərinə görə, region “heç bir regional münaqişənin tərəfi olmayacaq və həmişə olduğu kimi sabitlik və sülh amili kimi qalacaq”.

Ekspertlər hesab edir ki, əgər kürd silahlı qrupları genişmiqyaslı şəkildə İran ərazisində döyüş əməliyyatlarına qoşularsa, bu, regionda münaqişəni daha da genişləndirə və yeni cəbhənin açılmasına səbəb ola bilər.

İran tərəfi isə hələlik bu məlumatlara rəsmi münasibət bildirməyib.

Cavid, BakuPost
Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar