İmişli-Kürdəmir avtomobil yolunun sol hissəsində qazıntı işləri zamanı 48 ədəd saksaul kolunu kökündən çıxararaq məhv edən Zefer 2020 MMC inzibati qaydada məsuliyyətə cəlb olunub.
Bakupost.az Teleqraf-a istinadən xəbər verir ki, meşə fonduna daxil olmayan ağac və ya kol əkililərinin qanunsuz kəsilməsinə yol verən şirkət 25 000 manat məbləğində cərimə olunub.
Qeyd edək ki, qazıntı işləri ərazidə yerləşən yararsız yüksək gərginlikli yeraltı kabel xətlərinin çıxarılması ilə bağlı olub. Şirkətin qanuni təmsilçisi Coşqun Məmmədov olduğu bildirilir. Zefer 2020 MMC daha öncə bir sıra qurumların tenderlərin qalibi olsa da, hüquqi ünvanından başqa hər hansı məlumata rast gəlmək mümkün deyil.