ABŞ və İsrailin İrana hücumunun altıncı günündə Güney Azərbaycanın qərb hissəsi, daha dəqiq Urmiya vilayəti müharibədə hədəfə çevrilib.
Bakupost.az xarici mənbələrə istinadən xəbər verir ki, bölgədə hərbi və təhlükəsizlik obyektlərinə hava zərbələri və raket hücumları həyata keçirilib.
Müstəqil insan haqları təşkilatı “Hengaw” altı gün ərzində aparılmış araşdırmada Urmiya və Qərbi Azərbaycan vilayətində çoxsaylı hərbi hədəflərin vurulduğunu bildirilir. Ən çox rəsmi və təhlükəsizlik infrastrukturu zərbə almış şəhərlər arasında Urmiya ön sıralardadır və bu ərazilərdə həm hərbi, həm də mülki xəsarət halları qeydə alınıb.
İsrail Hərbi Hava Qüvvələrinin SEPAH-ın kəşfiyyat mərkəzləri və “Bəsic” bazaları kimi əsas təhlükəsizlik obyektlərinə qarşı hava zərbələri endirdiyi bildirilir.
Qərbi Azərbaycan və Urmiya ərazilərində həm İranın daxili təhlükəsizlik strukturlarına, həm də sərhəd təhlükəsizliyi obyektlərinə yönələn raket zərbələrinin intensivləşdiyi qeyd olunur.
“Hengaw” hesabatında vurğulanır ki, müharibə nəticəsində indiyədək yüzlərlə - o cümlədən Urmiyada də daxil olmaqla bir sıra vilayətlərdə mülki və hərbi xəsarətlər olub. Urmiya vilayətində həm mülki, həm də hərbi obyektlərin hədəf alındığı və bu səbəbdən əhali arasında narahatlığın yüksəldiyi bildirilir.
Hazırda münaqişədə qarşı tərəfin növbəti addımları və Urmiya da daxil olmaqla qərb sərhəd bölgəsinə yönələcək hücumların hesabatı araşdırılır. Müharibə davam etdiyindən bölgədə təhlükəsizlik vəziyyəti hələ də qeyri sabitdir.
Cavid, BakuPost