Ru
12:56 / 05 Mart 2026

Naxçıvana neçə PUA ilə hücum edilib? - İran səfirliyi

Naxçıvana neçə PUA ilə hücum edilib? - İran səfirliyi
Eye

Naxçıvan aeroportuna düşən İran PUA-larının sayı ən azı ikidir.

Bakupost.az xəbər verir ki, bu barədə Axar.az-a İranın Azərbaycandakı səfirliyindən bildirilib.

Qeyd edilib ki, “Şahid” PUA-ları olduğu ehtimal edilən dronların Naxçıvan aeroportuna hücum etdiyi, yoxsa təsadüfən düşdüyü haqda heç bir bilgiyə sahib deyillər:

“Xoşbəxtlikdən ciddi xəsarət alan yoxdur. Dronlar ora səhvən düşdüyü, yoxsa hücum etdiyi haqda məlumatımız yoxdur. Bu barədə rəsmi cavab almamışıq”.

Xatırladaq ki, bu gün İranın PUA-ları naxçıvan aeroportuna düşüb. Dronlardan biri hava limanına ziyan verib, digəri isə aeroport yaxınlığındakı məktəb ərazisinə düşüb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar