İranın paytaxtı Tehranda yerləşən 138 saylı Cənnətabad Polis İdarəsi hücuma məruz qalıb.
Bakupost.az xəbər verir ki, bu barədə “Demokratlar” Teleqram kanalı məlumat yayıb.
Məlumata görə, hadisə martın 5-i səhər saat təxminən 09:30 radələrində baş verib.
Bildirilib ki, yayılan görüntülərdə hücumdan sonra binanın vəziyyəti əks olunub. Sözügedən mərkəz Tehranda təhlükəsizlik qüvvələrinin əsas bazalarından biri hesab olunur və son hücumlar zamanı hədəfə alınıb.