İran kritik bir dönəm yaşayır. Müharibənin gedişi ölkənin gələcəyini formalaşdırmaqda həlledici rol oynayacaq. Ölkə idarəçiliyində hansı dəyişikliklər baş verə bilər? Siyasi və ictimai gərginlik artacaqmı?
Bakupost.az xəbər verir ki, ABŞ və İsrailin fevralın 28-də başlatdığı hava əməliyyatları ilə birlikdə Tehranda gündəmə gələn əsas sual budur: “Rejim dəyişəcəkmi?”
İranın hədəflərinə qarşı həyata keçirilən ilk hücumlardan sonra Tehranda insanların evlərinin çatılarında sevinc qışqırıqları ilə etiraz etməsi diqqət çəkib. Bir çox iranlı, nifrət etdikləri teokratik rejimin sonlanması üçün, mülki itkilər və savaşın gətirəcəyi dağıntılara hazır olduqlarını nümayiş etdiriblər.
Vaşinqtondan bu müharibənin məqsədlərinə dair fərqli açıqlamalar gəlsə də, ekspertlər rejim dəyişikliyinin hədəflərdən biri olduğunu qiymətləndirirlər.
ABŞ Prezidenti Donald Tramp da İran hücumlarından sonra etdiyi açıqlamada, yanvar ayında qanlı şəkildə dağıdılan etirazlara qatılan iranlılara “Hakimiyyəti ələ keçirmək” çağırışı edib: “Bu, bəlkə də nəsillər boyu əldə edə biləcəyiniz tək fürsət olacaq”.
Bu sözlərdən bir neçə saat sonra dini lider Ayətulla Ali Xamenenin öldürülməsi xəbəri yayıldı. Xamenei ilə yanaşı bir sıra yüksək səviyyəli iranlı rəsmilərin öldürülməsinə baxmayaraq, İran rejimi hələ də funksional vəziyyətdədir. Bu səbəbdən ABŞ və İsrailin istədikləri nəticəyə çatıb-çatmayacağı hələ də qeyri-müəyyəndir.
Mümkün ssenarilər
1. Venesuela modeli
Dini lider Xameneinin ölümündən sonra ABŞ yalnız öz istədiyi bir varis tapmaqla kifayətlənə bilər. “New York Times”a verdiyi müsahibədə Tramp “üç çox yaxşı variant” olduğunu deyib, amma onları açıqlamayıb. Sistem dəyişmədən yalnız liderin dəyişməsi Venesuela modelinə bənzəyir.
Yanvar ayında ABŞ tərəfindən həyata keçirilmiş əməliyyatda Venesuela prezidenti Nikolas Maduro saxlanıldı, daha sonra onu əvəz edən vitse-prezident Delci Rodrigez ilə siyasi uzlaşma təmin edildi. Tramp, İran üçün bunu nümunə göstərərək “Venezuelada etdiyimiz mükəmməl ssenari idi” ifadəsini işlədib.
Almaniya Xarici Əlaqələr Birliyi (DGAP) eksperti Kornelius Adebar İranın yeni lider axtarışını İslam İnqilabı Könüllüləri Korpusunun (SEPAH) gücünü nəzərə alaraq yeni liderlik modeli qurmaq və ABŞ ilə münasibətləri yenidən formalaşdırmaq üçün istifadə edə biləcəyini deyir: “Venesuela modelinə bənzəyir: yalnız lider dəyişir, amma nəticədə insanların gözlədiyi qədər böyük dəyişiklik olmur.”
2. Sərtləşmə və radikallaşma riski
Əsədzadə ikinci variant olaraq, mövcud aktorların daha sərt mühafizəkar ətrafında birləşərək ideologiyanı gücləndirmə riskini göstərir. “The Guardian”ın jurnalisti Culian Borger də bu ehtimalı təsdiqləyir: “Təkrarlanan hücumlar sonrası idarənin sağ qalan üzvləri nüvə silahlarının mövcudluğunu qorumağın yeganə zəmanət olduğuna inanaraq müxalifəti sərt əzməyə çalışacaq. Nəticədə, xarici dünyadan izolyasiya olunmuş, şübhəli və nüvə silahına sahib bir rejim yarana bilər”.
FDD ekspertləri Mark Duboviç və Ben Kohen isə bildirirlər ki, Pəhləvi hazırladığı planların kifayət qədər gücü yoxdur. Rejim devrilərsə, idarəni kimin alacağı və digər millətlərin – azərbaycanlılar, kürdlər, ərəblər, bəluçlar və digər qruplar təsiri qeyri-müəyyəndir.
1979-cu il inqilabından əvvəl ordu etiraz edənlərə atəş açmayacağını açıqlayaraq Şahın devrilməsini sürətləndirmişdi. Sonrakı dini idarə isə gücünü təmin etmək üçün SEPAH-ı yaratdı.
Bu gün İran ordusu və SEPAH ayrı strukturlar kimi fəaliyyət göstərir, lakin ekspertlər ikincinin daha güclü olduğunu vurğulayır. SEPAH-ın öz bölmələri, hava qüvvələri, donanması, kəşfiyyat və iqtisadi şirkətləri var. Avropa İttifaqı (AB) yanvar ayında ölkədə etirazların qanlı şəkildə yatırılmasında roluna görə SEPAH-ı terror təşkilatı olaraq tanıyıb.
Tramp hücumların ilk günündə ordu və SEPAH-a silahı yerə qoyma çağırışı etdi. Lakin ekspertlərin müşahidəsinə görə, bu strukturlarda hələ də hər hansı bir parçalanma əlaməti görünmür.
Yaxın şərq üzər Türkiyəli mütəxəssis Burcu Özçəlik qeyd edir ki, SEPAh-a qarşı iç siyasətdə artan müqavimət özünü struktur parçalanmaları şəklində göstərə bilər. Ekspert ordunun bu halda İran vətəndaşlığının və funksional dövlətin yenilənmiş siması kimi qiymətləndirilə biləcəyini düşünür.
Ordu və SEPAH-ın fərqli siyasi qruplara bölünməsi isə uzunmüddətli daxili münaqişə və potensial vətəndaş müharibəsi riskini artırır. Eyni zamanda, İranın müxtəlif etnik qruplarının və separatçı hərbi strukturlarının hakimiyyət boşluğundan faydalanma ehtimalı daxili təhlükəsizlik üçün ciddi risk yaradır. Müharibədən əvvəl İranlı kürd yaraqlılar birgə hərəkət elan etmiş, lakin Pəhləvini rəhbər olaraq qəbul etməmişdilər. Bu da İranın siyasi yenidənqurma prosesinin nə qədər mürəkkəb olduğunu göstərir.
Cavid, BakuPost