Ru
15:55 / 05 Mart 2026

İsrail Azərbaycana hücumla bağlı bəyanat verdi

İsrail Azərbaycana hücumla bağlı bəyanat verdi
Eye

İsrail İranın Azərbaycanın Naxçıvan hava limanına pilotsuz uçuş aparatları (PUA) ilə zərbə endirməsini pisləyir.

Bakupost.az xəbər verir ki, bu barədə İsrail xarici işlər nazirinin müavini Şaren Haskel sosial media hesabında paylaşım edib.

Ş.Haskel Naxçıvandakı hadisəni İran rejiminin təcavüzkar siyasətinin bariz nümunəsi kimi qiymətləndirib:

"Bu gün səhər Azərbaycanda İranın özünü itirdiyinə dair daha bir sübut əldə etdik. Ayətullah rejimi növbəti qonşu ölkənin mülki hava limanına raket və PUA-lar atırsa, demək, artıq maskaları düşüb. Tehrandakı osminoqun başı artıq proksi qüvvələrin arxasında gizlənmir, birbaşa hücum edir və xaos yayır”.

Nazir müavini həmçinin vurğulayıb ki, beynəlxalq birlik bu təhlükəyə qarşı biganə qalmamalıdır: "Dünya İranı dayandırmayana qədər, o dayanmayacaq".

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar