Ru
14:48 / 05 Mart 2026

“Məni drondan çox, qadının səsi vahiməyə saldı”

“Məni drondan çox, qadının səsi vahiməyə saldı”
Eye

"Hadisə qonşuda baş verəndə adam üzülür, sonra da başlayır deyib-gülməyə. Amma hadisə öz ölkəndə, öz vətənində baş verəndə səndə dərin bir susqunluq yaranır”.

Bakupost.az xəbər verir ki, bu sözləri yazıçı Kəramət Böyükçöl bildirib.

O qeyd edib ki, sosial şəbəkələrdə qışqırıb hay-küy salmaqdansa, elə ən yaxşısı susqunluqdur:

“Qarşıma bir video çıxdı, İran Naxçıvan hava limanını dronla vurur, evdə də qadın qışqırıb ağlayır, kimdirsə qadının səsi ilə bir yerdə dronun hava limanını vurmasını çəkib paylaşır. Məni o qadının səsi vahiməyə saldı, dron yox. Bütün səhifələr də bu videonu yayır. Nəyə lazımdır bu? İnanıram ki, o videonu qəsdən çəkib paylaşmırlar. Amma bundan qəsdən istifadə edənlər var, insanlar arasında narahatlıq, həyəcan yaradırlar. Yaxud biri soxhasoxda mollaları müdafiə edəni çağırır ki, gəl bura görüm, hardasan, İran Naxçıvana dron atıb, gəl cavab ver. Sosial şəbəkələrdə İranı söyənlərlə İranı söyənləri söyənlər eyni ağıldadır. Guya indi bu dövlətini çox sevir deyə mollalara qarşıdır. Dövlət sevgisi onu söyüb daha da aqressivləşdirmək deyil, başa salıb ya öz tərəfinə keçirmək, ya da loyallığını qazanmaqdır. Aqressiyayla məsələ həll olmur. Belə müdafiədənsə, susmaq lazımdır. Hay-küy salmayın, qışqırmayın, sakit dayanın, soyuqqanlı olun, rəsmi olmayan xəbərləri yaymayın.

Çalışaq rəsmi açıqlamalara istinad edək. Ümid edək ki, Azərbaycan dövləti xalqlı-hakimiyyətli bu dəfə də özünü qorumağı bacaracaq".

Yasəmən,BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar