"Bakcell -də incə bir məqam var. Onlar 28 gün yazdıqları paketin başlığına "Aylıq" yazmayıblar axı. Onların müxtəlif sayda gün üçün paketləri var, hərəsinə də bir ad qoyublar. Bu, düşünürəm ki, ağlabatandır. Amma Azercell 28 günlük paketinə "Aylıq" adı verib. Bunlar çox fərqlidir".
Bakupost.az xəbər verir ki, bu fikirləri Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz mobil operatorların tarif dəyişikliklərini müqayisə edərkən bildirib.
O əlavə edib ki, əsas "incə" məqam məhz buradadır:
"Tutaq ki , bir illik büdcə tərtib edirsən, mobil xərclərin qarşısında Azercell-in 12 aylıq paketini qeyd edib hesablayırsan. Layihə başa çatmağa 1 ay qalmış mobil internet bitir".
Lalə Novruz,
BakuPost