Ru
00:02 / 23 İyul 2024

3 yaşlı qız oyuncaq əvəzi timsah balaları ilə oynayır - FOTO

3 yaşlı qız oyuncaq əvəzi timsah balaları ilə oynayır -  FOTO
Eye

Tailandda 3 yaşlı qız canlı, vəhşi oyuncaqları ilə gündəm olub.

Bakupost.az xəbər verir ki, Tailand sakini Kvanrudi qızına canlı timsah balaları ilə oynamağa icazə verdiyi üçün internetdə qınanıb.

Belə ki, timsah ferması olan qadın yumurtadan çıxan bala timsahları qızının ixtiyarına verir.

Balaca onları uşaq kimi bələyir, çimizdirir, yatırdır.

Onun timsah balaları yüzə yaxındır. Ana bu əyləncəli məqamları çəkib, sosial şəbəkələrə yerləşdirir.

İzləyicilərin qınağına isə belə cavab verir:

“Bala timsahlar 20 günə qədər dişləri çıxmır. Onlar uşağı dişləyə bilməz. Sonradan onları ayırırıq”.

Amma uşağın timsahlarla bir suda çimməsi qeyri-gigiyenikdir, suda müxtəlif heyvan bakteriyaları olur.



Aygün Musayeva
BakuPost

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar